RU
Alov Rusiyanı cənginə alıb – Ötən gün 1461 hektar meşə yanıb
14:20
253

Alov Rusiyanı cənginə alıb – Ötən gün 1461 hektar meşə yanıb

Rusiyada son sutka ərzində 68 meşə yanğını söndürülüb. 

7News.Az xəbər verir ki, bu barədə Rusiya Hava Hücumundan Meşələri Mühafizə Xidməti (Avialesoohrana) məlumat yayıb. Yanğının baş verdiyi ərazinin 1461 hektar olduğu müəyyənləşib. 

Bildirək ki, Şimal Yarımkürəsində yay mövsümünə keçildikcə qlobal iqlim dəyişikliyi ilə əlaqədar meşə yanğınları artmaqda davam edir. 

Xatırladaq ki, iyunun 23-də Rusiyada ümumilikdə 1441 hektarlıq ərazini əhatə edən 72 meşə yanğını söndürülüb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ