Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Yasamal rayonuna icra başçısı təyin oluna bilər.
İbrahim Mehtiyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra məsləhətli kadr olaraq Elmar Məmmədovun adı dövlət başçısına təqdim edilib.
Təqdimat zamanı Elmar Məmmədovun uzun illər gördüyü çoxsaylı xidmətləri Heydər Əliyev siyasətinə və İlham Əliyevə sadiqliyi qeyd olunub.
Eyni zamanda qeyd edilib ki, Elmar Məmmədov Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri olaraq Azərbaycan və Ukrayna hakimiyyəti arasında müəyyən rəğbət qazanıb.
Bu baxımdan da onun Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi uğurlu qərar olardı, – deyə mənbə bildirib.
Xatırladaq ki, Elmar Məmmədov iyirmi beş XDMX əməkdaşı olub. XDMX da son vəzifəsi nəzarət şöbəsinin rəsi olub. Hal hazırda Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədridir./diaspor.az
7news.Az








