Alyaskada sutkada 200 min barel neft hasilatını təmin edə biləcək iri neft ehtiyatları aşkarlanıb.
7News.Az "The Wall Street Journal”-a istinadən xəbər verir ki, bu barədə "Caelus Energy” şirkəti bəyan edib.
Qeyd olunub ki, yataqlar şimal qütb dairəsindən 480 kilometr şimalda yerləşir. İlkin məlumatlara görə, yataqda 1,8-2,4 milyard barrel neft var.
"Caelus Energy” tərəfindən dəstəklənən "Apollo Global Management” fondu neftin hasilatı üçün ilkin olaraq dəyəri 800 milyon dollar olan 200 kilometr uzunluğunda boru kəməri çəkməyi planlaşdırır.








