"Amazon" e-ticarət şirkətinin 14 məmuruna Avropa Parlamentinin binalarına giriş qadağan edilib.
7NEWS.az xəbər verir ki, Avropa Parlamenti (AP) e-ticarət şirkəti Amazon nümayəndələrinin onun binalarına daxil olmasını qadağan edib. Anadolu Agentliyinin məlumatına görə, AP Məşğulluq və Sosial Məsələlər Komitəsinin sədri Draqoş Pislaru AP İnzibati Başçılarının 14 Amazon təmsilçisinə verilən parlament giriş kartlarını ləğv etdiyini və bu şəxslərin AP şəhərciyinə daxil ola bilməyəcəyini açıqlayıb.
7NEWS.az








