7NEWS.az xəbər verir ki, Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Qayana, Peru, Surinam və Venesueladan ibarət Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatının (ACTO) təşkil etdiyi sammitdə hökumət nümayəndələri dünyanın ən böyük yağış meşəsinin gələcəyi ilə bağlı atılacaq addımlar barədə razılığa gəliblər. Ölkələr ümumi məqsədlər haqqında razılığa gələ bilmədilər. Sammitdə Boliviya, Braziliya, Kolumbiya və Peru prezidentləri, Ekvador, Qayana, Surinam və Venesuela isə yüksək vəzifəli məmurlarını göndəriblər. 1995-ci ildə Amazon hövzəsini paylaşan səkkiz ölkə tərəfindən qurulan ACTO 14 ildən sonra ilk dəfə bir araya gəlib.
7NEWS.az








