Amerika kubokunda ilk finalçı müəyyənləşib.
7News.az-ın məlumatına görə, yarımfinal görüşündə meydan sahibləri ABŞ millisi Argentina ilə üz-üzə gəlib.
Oyun argentinalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Argentina yığması finala yüksəlib.
Qeyd edək ki, digər yarımfinal görüşündə Kolumbiya və Çili yığmaları üz-üzə gələcək.
22 iyun
Amerika kuboku, yarımfinal
ABŞ - Argentina - 0:4
Qollar: Lavezzi, 3 (0:1), Messi, 32 (0:2), İquain, 50 (0:3), 86 (0:4)








