Amerika kubokunda ilk yarımfinalçı məlum olub.
7News.az-ın məlumatına görə, 1/4 finalda Ekvadorla qarşılaşan ABŞ millisi 2:1 hesabı ilə qalib gələrək mərhələni adlayıb.
ABŞ - Ekvador - 2:1
Qollar: Demsi, 22 (1:0), Zardes, 65 (2:0), Arroyo, 74 (2:1)
Daha bir yarımfinalçı sabah Bakı vaxtı ilə 04:00-da başlayacaq Peru - Kolumbiya oyununun qalibi olacaq.








