ABŞ prezidenti Barak Obama yanvar ayında öz prezidentlik fəaliyyətinə son qoyacaq.
7News.az xəbər verir ki, Donald Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsindən sonra Böyük Britaniya vətəndaşları internetdə kampaniya başladıb Obamanı Britaniyaya dəvət edirlər.
Britaniyalılar Barak Obamanı Böyük Britaniyanın baş naziri vəzifəsində görmək istəyirlər.
Tvitter sosial şəbəkəsindı #ObamaforPM (Prime Minister - baş nazir) haştağı ilə minlərlə insan ABŞ prezidentini ölkəsinə çağırır. Ən çox yayılan tvit isə budur: "Amerika! Obamayla işin qurtardısa, onu bizə ver!"
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri vəzifəsini Devid Kemeronun Breksit skandalındakı istefasından sonra Tereza Mey yerinə yetirir./axar.az
7News.az








