ABŞ-da keçirilən seçkilərin ilkin nəticələrinə görə Donald Tramp irəlidədir.
Trampın seçkilərdə tam qələbəsi Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir? Hər hansı müsbətə doğru irəliləyişlərin olması ehtimalı varmı? 7news.az-ın suallarını cavablandıran politoloq Arzu Nağıyev qələbənin tam olmadığını dedi:
"Düşünürəm ki, Trampın irəlidə olması hələ tam qələbə demək deyil. Amerika seçki sistemində hər cürə sürpriz ola bilər. Bununla belə istər Trampın, istərsə də Klintonun seçilməsindən asılı olmayaraq ABŞ xarici siyasətində böyük və qlobal dəyişikliklər gözləmək düzgün olmazdı. Təbii ki, dolayı təsir edə bilər, lakin ümumi bir yenilik gözləmək çətin məsələdir. Bildiyiniz qədər hər iki namizədin platformasında əsas məsələ ölkədaxili iqtisadiyyat, xaric üçün təhlükəsizlik, terrorla mübarizə və bu kimi məsələlərdir. Regional təhlükəsizliyə təhdidlərdən də biri məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir. Yəni kimin seçilməsindən asılı olmayaraq mütləq surətdə bu məsələyə qayıdılacaqdır. Çünki ABŞ-ın xarici siyasətində əsas məqamlardan biri də nüfuz məsələsidir. Regionda da bu məsələ artıq qabarmaqdadır"
7News.az








