RU
Amerika yeni təhlükə ilə üz-üzə - Fəlakət ardınca fəlakət...
10:46
426

Amerika yeni təhlükə ilə üz-üzə - Fəlakət ardınca fəlakət...

Amerika qitəsi yeni təbii fəlakətlə üz-üzə qalıb.

Yüzlərlə insanın həyatına son qoyan "Metyu” qasırğasının şokundan ayılmayan bölgəyə indi də "Nikol” qasırğası hakim kəsilib. Atlantik Okeanında formalaşan təbii fəlakəti mütəxəssislər əvvəlcə tropik fırtına sinfinə aid edirdi. Lakin sürəti saatda 120 km-ə çatan "Nikol” tezliklə Bermud adasını təsiri altına alıb. İlk gündə 26 min insanı işıqsız qoyan qasırğanın gücünü bir qədər də artıracağı gözlənilir. 

Mütəxəssislər təbii fəlakəti hələlik 3-cü dərəcəyə aid edir. Hakim dairələr "İngilis kaloniyası" adlandırılan ərazilərdə insanları küçəyə çıxmamağa çağırıb. İş yerləri və məktəblər bağlanıb. İnsanların təhlükəli ərazilərdən təxliyyəsinə başlanılıb.

"Nikol”un sabahdan etibarən ABŞ-a çatacağı və sahilboyu əraziləri cənginə alacağı gözlənilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ