ABŞ-ın Massaçusets ştatında, Boston şəhərində naməlum şəxs polislərə atəş açıb.
7News.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər polis departamentinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Polislərə atəş açan şəxs hələ də azadlıqdadır.
Son məlumatlara görə, polis onun ola biləcəyi mümkün ərazini mühasirəyə alıb.








