ABŞ-ın Los-Anceles dairəsinin 5 sakini tibbi sığortadan istifadə etməklə fırıldaqçılıqda ittiham olunurlar.
7news.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlardan 3-ü ermənidir. Harri Cizmecyan, Marina Sarkisyan və Lusine İlanqezyan 8 milyon dollarlıq fırıldaq sxemində iştirak ediblər.
Dələduzlar müştərilərə pulsuz kosmetik prosedurlar təklif edərək onlardan sığortaları haqqında informasiyaları öyrəniblər. Daha sonra isə həmin sığorta hesablarından tibbi prosedurların başa çatması üçün pul çəkməyə başlayıblar. Cinayətkarların hər birini 10 il cəza gözləyir.
7news.Az








