Cənubi Amerikada baş verən daşqınlar nəticəsində 160 mindən çox insan təxliyyə edilib.
Daşqınlar Paraqvay, Argentina, Braziliya və Uruqvayda baş verib.
Ən gərgin vəziyyət Paraqvayda yaşanır. Burada 130 min insan təxliyyə edilib. Daşqın nəticəsində 4 nəfər həlak olub. Sözügedən ölkənin əksər hissəsində enerji təchizatı dayandırılıb./axar
7news.az








