RU
Amerikalı astronavt açıq kosmosda ayaqqabısını islatdı
11:20
235

Amerikalı astronavt açıq kosmosda ayaqqabısını islatdı

Amerikalı astronavt Endryu Morqanın açıq kosmosda işlədiyi zaman sağ ayaqqabısında su yığılıb.

"RİA Novosti” xəbər verir ki, NASA hadisənin səbəblərini araşdırır.

Noyabrın 15-də E.Morqan və italiyalı astronavt L.Parmitano Beynəlxalq kosmik stansiyasından (BKS) açıq kosmosa çıxış həyata keçiriblər.

Təxminən 6,5 saat davam edən bu çıxış zamanı kosmonavtlar BKS-ın müəyyən cihazlarının təmiri ilə məşğul olublar.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ