RU
Amerikalı diplomat: “Türkiyə olmadan bölgədə davamlı sabitliyə nail olmaq mümkün deyil, bu qədər bəsit”
23:00
1016

Amerikalı diplomat: “Türkiyə olmadan bölgədə davamlı sabitliyə nail olmaq mümkün deyil, bu qədər bəsit”

Kimsə Türkiyənin bölgədə davamlı sülhə və sabitliyə verə biləcəyi töhfəni  inkar edilə bilməz. 

7NEWS.Az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri CNN Türk telekanalına açıqlamsında deyib.

Amerikalı diplomat deyib ki, mənim və başqalarının illərdir dediyimiz kimi, bu dövrdə Türkiyə və ABŞ-ın xarici siyasətinin koordinasiyası böyük əhəmiyyət kəsb edir: "Türkiyə olmadan  bölgədəki təhdidlərin heç birinə qarşı  effektiv siyasət yürüdülə bilməz. Bu qədər bəsit”.
Diplomat əlavə edib ki, Ankaranın  Suriya, Əfqanıstan, Kosovo və Ukrayna ilə bağlı siyasətinə diqqət yetirsək, o zaman  Türkiyə və ABŞ-ın eyni tərəfdə olduğunu görərik. 

Bununla belə sabiq diplomat qeyd edib ki, hər iki tərəfdən anlaşılmazlıq və yürüdülən pis diplomatiya nəticəsində  münasibətlərdə  problemlər mövcuddur və bunu həll etmək lazımdır. "Bunu ancaq Türkiyə Prezidenti Ərdoğan və ABŞ prezidenti Bayden səviyyəsində həll etmək olar: "Önəmli olan liderlər ikinci dərəcəli məsələləri kənara qoyub   məsələni həll etməlidir”.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ