Amerikalı Devid Raş üst-üstə 137 köynək geyinərək qoşulduğu qaçış marafonunda yeni dünya rekorduna sahib çıxıb.
7News.Az UPI nəşrinə istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabına adını yazdıran kişi Aydaho ştatında keçirilən yarışda əynində ümumi çəkisi təxminən 22 kiloqram olan 137 köynəklə qaçıb.
Bu nailiyyət amerikalı şəxsin itirilmiş titulunun geri qaytarılması ilə əlamətdar olub. O, 2019-cu ildə üst-üstə 111 köynək geyinərək rekord vurub. Sonradan başqa bir idmançı 127 geyim geyərək onun göstəricisini geridə qoyub.
Ötən il Raşın rekordu yeniləmək cəhdi uğursuz alınıb. Bir illik gərgin məşq, o cümlədən isti geyimdə və ağır bel çantalarında qaçış öz bəhrəsini verib.
"İllər boyu çəkdiyim əziyyətlərdən və bir uğursuz cəhddən sonra, nəhayət, titulumu geri qaytardım. Bu, qətiyyət, yaradıcılıq və dözümlülüyün birləşməsidir", - deyə rekord qıran amerikalı bildirib.








