RU
Amerikalı müşahidəçidən seçki açıqlaması
16:52
474

Amerikalı müşahidəçidən seçki açıqlaması

“Azərbaycanda hamının məmnuniyyətlə seçkidə iştirak etdiyi müşahidə olunur”.

Bunu Azərbaycanda parlament seçkilərini müşahidə edən amerikalı Kristofer Bado deyib.

O, seçki prosesinin yaxşı təşkil olunduğunu qeyd edib: “Seçki qutularının mühafizəsi yaxşı təşkil edilib, qeydiyyat-yoxlama prosesi təkrar səsvermənin qarşısını almaq üçün effektivdir. Seçicilərin bəzi yerlərdə nisbətən az, bəzi yerlərdə nisbətən çox iştirak etdiyini müşahidə etdik. Ümumiyyətlə isə seçicilərin məntəqələrə davamlı gəldiyi hiss olunur”.

K. Bado 2013-cü ildə prezident seçkilərində də müşahidəçi kimi iştirak etdiyini bildirib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ