RU
Amerikalı, ukraynalı və türklər rusların əsas düşmənləridirlər
11:27
894

Amerikalı, ukraynalı və türklər rusların əsas düşmənləridirlər

Rusiyanın əsas dostu Belarusdur.

Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni əsas düşmən hesab edirlər. 

7news.Az xəbər verir ki, “Vedomosti” qəzetinin yaydığı məlumata görə, bunu “Levada-Mərkəz”in vətəndaşların digər dövlətlərə qarşı münasibətinə dair apardığı son sorğusunun nəticələri göstərir.

Vətəndaşların əksəriyyətinin (72%) fikrincə, Rusiyaya qarşı düşmən münasibəti ABŞ göstərir.

İkinci yerdə Ukraynadır (48%, 2015-ci ildə anaoloji sorğunun nəticələrində bu göstərici 37% idi).

Sorğuda iştirak edənlərin 29%-nin fikrincə, üçüncü yeri Türkiyə tutur (keçən il sorğuda iştirak edənlərin yalnız 1%-i belə hesab edirdi).

Vətəndaşların fikrincə, Rusiyanın əsas dostları Belarus (50%), Qazaxıstan (39%) və Çindir (34%, halbuki, bu göstərici keçən il 43% idi).

Sorğuda iştirak edənlərin əksəriyyəti ABŞ (70%) və Avropa İttifaqına pis münasibət bəsləyir (62%).

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ