RU
Amerikalı ulduz döyməsinə görə məsxərəyə qoyuldu - FOTO
18:00
634

Amerikalı ulduz döyməsinə görə məsxərəyə qoyuldu - FOTO

Məşhur amerikalı müğənni Ariana Qrande yeni çıxan "7 Rings” ("Yeddi üzük”) sinqlının şərəfinə əlinə yapon dilində yazılmış "tatu” döydürüb.

7News.Az "FOX 4 Now” xəbər saytına istinadən xəbər verir ki, müğənni yeni döyməsinin şəklini "Instagram” səhifəsində dərc edib.

Ancaq şəkili paylaşar-paylaşmaz şəbəkə istifadəçiləri yazıdakı kobud səhvləri ortaya çıxarıb.

İzləyiciləri sol ovucunda yapon dilində olan ifadədə bir neçə simvolun buraxıldığını qeyd edib.

"Ariana Qrandenin yeni döyməsində yazılan "şiçirin” – yapon üslubunda hazırlanmış manqalüstü-qril anlamına gəlir, yeddi üzük anlamına yox”, - deyə izləyicilərindən biri yazıb.

Müğənni heroqlifləri bilərəkdən buraxdığını yazıb və prosesin ağrısına dözə bilmədiyini bəhanə göstərib.

"Üstəlik... Mən xırda manqalüstü-qrili çox sevirəm”, - deyə zarafat edib.

Ancaq bir müddətdən sonra həmin postu və yazılmış bütün şərhlər səhifəsindən silib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ