Amerikada yaşayan gənc həmvətənlimiz dünya qadınlar günü münasibəti ilə maraqlı video hazırlayıb.
7News.az xəbər verir ki, bir zamanlar Azərbaycanda da xeyli populyarlıq qazanan Ali Morf (Əli Kazımov) Amerikada maraqlı video çəkib.
O, 8 Mart münasibəti ilə bir neçə ölkədən simalar seçərək Azərbaycan xanımlarını təbrik edib. Əli küçədə insanlara yaxınlaşaraq Azərbaycanı tanıdaraq xanımlarımızı öz dillərində təbrik etməyi xahiş edib.
Xanımlarımız təbrik göndərənlər arasında Yaponiya, ABŞ, Meksika, Koreya, Misir və digər ölkələrdən insanlar olub.
Görüntüləri sizə təqdim edirik.
7News.az










