RU
Amerikalının bu zarafatını hər kəs bəyənmədi
10:40
595

Amerikalının bu zarafatını hər kəs bəyənmədi

O, like-a görə oğlunun ölümünü səhnələşdirib.

Amerikanın Oqayo ştatının sakini Roman Antvud anasını qorxutmaq və zarafatı videoya çəkmək üçün 3 yaşlı oğlunun motoqəzada ölümünü səhnələşdirib.

Bu barədə Daily Mail Online məlumat yayıb.

YouTube-da məşhur olan 32 yaşlı məzhəkəçi öncədən kvadrosiklin idarə pultunda partlayıcı qurğu və oğlu kimi geyindirilmiş maneken hazırlayıb. Antvud və onun həyat yoldaşı uşağı kvadrosiklə oturtduqdan sonra, zarafatcıl arvadının diqqətini yayındıraraq uşağı maneken ilə əvəz edib.

Radio-idarəedicisi olan kvadrosikl yerindən tərpənib, yüksək sürətlə tramplinə yaxınlaşıb və gözdən itib, daha sonra alovu doqquz metr hündürlüyə qalxan partlayış baş verib.

Partlayışın və ananın reaksiyasını amerikalı öz YouTube kanalında paylaşıb. İki gün ərzində Blowing up my kid PRANK!! Çarxı 7 570 283 baxış toplayıb. Videoya 503 min istifadəçi like qoyub, bununla yanaşı 14,6 min istifadəçi bu zarafatı bəyənməyib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ