RU
Amerikanın azərbaycanlı gəlini
20:15
2299

Amerikanın azərbaycanlı gəlini

Bu gün Amerikada yaşayan azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın doğum günüdür. Firəngiz Rəhimbəyova - onun adı ötən əsrin 80 və 90-cı illərində Azərbaycanda çox məşhur idi. 7News.az bildirir ki, bu adın sahibi estrada müğənnisi olsa da, aktrisa kimi yaddaşlarda həkk olub. 

Firəngiz Rəhimbəyova Ramiz Əzizbəylinin "Bəxt üzüyü" filmində Sevda obrazı ilə tamaşaçıların rəğbətini qazanıb. Nədənsə səhnə və kino karyerasının ən uğurlu dövründə aktrisa Amerikaya köçdü. İfaçı Azərbaycanda məşhurluğun pik nöqtəsini cəmi 2 il yaşadı. 

F. Rəhimbəyova 1993-cü ildən qızı Raisa ilə birgə ABŞ-ın Los Anceles şəhərində yaşayır. O, 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. Müğənni həm də nənədir. Onun bir qız nəvəsi var.

Estrada müğənnisi "Gümüşgöl əfsanəsi" (1984), "Bəyin oğurlanması" (1986) və "Bəxt üzüyü" (1991) filmlərində çəkilib./1xeber.com

 

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ