7NEWS.az xəbər verir ki, "Friends" serialındakı Chandler Bing obrazı ilə televiziya dünyasının ən məşhur adlarından biri olan 54 yaşlı aktyor Metyu Perri vəfat edib. Amerikalı aktyor şənbə günü Los-Ancelesdəki evində ölü tapılıb. Ulduz aktyorun evində cakuzidə boğularaq öldüyü bildirilərkən, polis mənbələri hadisə yerində narkotik tapılmadığını və qətl izi olmadığını bildirib.
7NEWS.az








