RU
Amerikanın Qrenlandiyada gizli hərbi bazası üzə çıxdı
20:15
461

Amerikanın Qrenlandiyada gizli hərbi bazası üzə çıxdı

Qlobal istiləşmə Amerikanın Qrenlandiyada yerləşən gizli hərbi bazasını üzə çıxardı. 

Bazanın tullantıları buzların əriməsi nəticəsində suya düşür və ekoloji fəlakətə səbəb ola bilər. Bazada gizlədilən raketlər Sovetlər İttifaqı əleyhinə istifadə edilmək üçün nəzərdə tutulubmuş.

Buzlar əridikcə baza üzə çıxmağa başlayıb və 2090-cı ildə görünməyə başlayacaq.
Bazanın qurulma tarixi

1959-cu ildə Amerika ordusunun mühəndisləri ABŞ-ın Tulada yerləşən hərbi bazasından 200 km aralıda Arktikanın tədqiqatı ilə məşğul olmağı planlaşdıran laboratoriya kompleksi inşa etməyə başladılar.3 il sonra isə burada "Buz soxulcanı" adlı layihə reallaşdırıldı. Əraziyə 600 ədəd ballistik raket yerləşdirildi. Sonradan mühəndislər başa düşdülər ki, hərəkət edən buz layları tunellərin yolunu tuta bilər. Bu səbəbdən 1967-ci ildə layihə ləğ edildi. Nüvə reaktoru evakuasiya edilsə də, qalıntılar bu günə qədər bazadadır.

Bir çox danimarkalı ekoloqlar ərazini təmizləmək üçün təcili işlərin başlanmasını tələb edirlər. 30 metr dərinlikdə işləmək üçün kifayət qədər ciddi məbləğ lazımdır. Bu səbəbdən də buzların əriməsini gözləmək lazım gəldiyi bildirilib.

Qrenlandiyanın xarici işlər naziri Vittus Kuyaukitsok etirazını bildirib və hadisənin cavabdehlərinin tapılmasını tələb edib.

1951-ci ildə ABŞ və Danimarka arasında Qrenlandiyanın müdafiəsi məsələsi ilə bağlı imzalanmış müqavilədə raketlər barədə heç bir maddə yoxdur.

Bazada isə 200 min litr dizel yanacağı, 10 min ton texnika və cihazlar, 20 ton tullantı suları, nüvə reaktorunu soyutmaq üçün nəzərdə tutulmuş donan radioaktiv su var.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ