RU
Amerikansayağı “səhv”: əfqan polislər qətlə yetirildi
10:20
462

Amerikansayağı “səhv”: əfqan polislər qətlə yetirildi

Əfqanıstanda ABŞ Hərbi Hava Qüvvələrinin səhvən endirdiyi raket zərbəsi nəticəsində yerli polis əməkdaşları həlak olublar.

7news.Az xəbər verir ki, hədəfə Loqar əyalətindəki polis nəzarət-buraxılış məntəqəsi alınıb. Bu barədə Əfqanıstan DİN-in nümayəndəsi Nəsrət Rahim bildirib.

Zərbə nəticəsində 9 asayiş keşikçisi həlak olub, daha 15-i isə yaralanıb. 

NATO-nun Kabildəki nümayəndəliyi hərbi uçuşun baş tutduğunu təsdiqləyib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ