Ziyarətçilərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Hollandiyanın paytaxtı Amsterdamda bələdiyyə böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.
7NEWS.az xəbər verir ki, Siyasətçilər böyük gəmilərin şəhərin davamlılıq məqsədlərinə uyğun olmadığını qeyd ediblər. Qərar Amsterdamın əsas qatar stansiyası yaxınlığında, IJ çayının kənarındakı kruiz gəmisi terminalının bağlanması deməkdir. Bələdiyyə əvvəllər Amsterdamın mərkəzindəki küçələrdə sirr çəkməyi qadağan edib.
7NEWS.az








