RU
Amsterdamda təyyarənin şassisində qanunsuz miqrant aşkar edilib
10:10
164

Amsterdamda təyyarənin şassisində qanunsuz miqrant aşkar edilib

Niderlandın paytaxtı Amsterdamın Shipol hava limanına enən yük təyyarəsinin ön şassisində bir nəfər qanunsuz miqrant aşkar edilib.

Bu barədə ölkənin Kral Hərbi Polisi məlumat yayıb.

Təyyarənin Cənubi Afrikadan gəldiyi bildirilib.

Qeyd olunub ki, hazırda kişinin vəziyyəti yaxşıdır. O, xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başlanıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ