RU
Ana 3 yaşlı oğlunun əl-qolunu bağlayıb, evi yandırdı - FOTO
16:10
364

Ana 3 yaşlı oğlunun əl-qolunu bağlayıb, evi yandırdı - FOTO

ABŞ-da, Kaliforniya ştatında ağlasığmaz hadisə yaşanıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, ana 3 yaşlı övladını yatağa bağlayaraq evi yandırıb. O, daha sonra digər otağa keçərək özünü yatağa bağlanmış kimi səhnələşdirib.

Qadın uşaq qaça bilməsin deyə başının üstünə ağır əşya da qoyub.

Qonşuların ayıq-sayıqlığı nəticəsində onların hər ikisi xilas edilib. Tüstüdən zəhərlənən 47 yaşlı Maricela Magana Ruiz və 3 yaşlı oğlu xəstəxanaya çatdırılıb.

Onlar özünəgəldikdən sonra qadın saxlanılıb, azyaşlı isə uşaq evinə göndərilib.

 

Qadının psixoloji problemlərinin olduğu ehtimal edilir.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ