Masallı rayonunda ana və körpəsi itkin düşüb.
Hüseynhacılı kənd sakini Quliyeva Ramilə Yusif qızı noyabrın 13-də gecə saatlarında qızı, 8 aylıq Zarina ilə evdən çıxaraq naməlum istiqamətə gedib.
Həmin vaxtdan etibarən R.Quliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.
Yaxınları R.Quliyevanın və körpəsinin xarakterik əlamətlərini polisə təqdim edib.
Axtarış tədbirləri davam etdirilir.
Ana və körpəsi barədə məlumatı olanlar Masallı rayon Polis Şöbəsinin aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilər./lent
7news.az








