Azərbaycanda ana dünyaya gətirdiyi övladlarını uşaq evinin qarşısına atıb qaçıb.
7News.Az xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən və əmisi qızını axtaran Validə deyib.
O bildirib ki, hadisə 1963-cü ildə baş verib:" Əmimlə həyat yoldaşı ayrılıb. 2 oğlunu gətirib Bakıda uşaq evinə qoyub. Qızını isə Qubada bir evin qarşısına qoyub. Uşağın adı Esmira olub. Ana deyir ki, uşağı evin qarşısına qoyanda bir rus qadın onu götürüb. Amma evə qayıdanda əmimin həyat yoldaşı bacısına deyib ki, Qubada uşaq evinə qoymuşam. Geri uşağı götürmək istəyəndə rus qadın deyib ki, siz kimsiniz. O da deyib ki, uşağın anasıyam. Rus qadın deyib ki, polis çağıracam. Polis adını eşidən ki, əmim arvadı və bacısı qaçıb. Əmimin 2 oğlunu 3 ildir ki, tapmışam. Bu gün isə Esmiranı axtarıram. Əmim arvadı yenidən ailə qurub. Bu evlilikdən bir qızı və oğlu olub. Əmim də boşanandan sonra xəstələnib yatağa düşüb. Anam onu evləndirmək istədi, amma əmim evlənmədi".

7News.Az