Vanda mübahisə etdiyi 18 yaşlı qızını boğub öldürən ana polis bölməsinə gedib mənzilin açarını verərək "Qızımı öldürdüm, cəsədi hazırda evdədir" deyib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı Aişə.A-nın anası və atası bir müddət əvvəl boşanıb. Valideynləri ayrıldıqdan sonra gecə klubunda işləməyə başlayıb. Evə gec gəldiyi üçün ana-qız arasında mübahisələr yaşanmağa başlayıb. Şənbə günü də evə gec gəldiyi üçün gənc qızla anası arasında yenidən mübahisə düşüb. Mübahisə zamanı ana qızını boğub öldürüb.
Daha sonra isə polisə gedərək "Qızımı öldürdüm, cəsədi evdədir. Qızımın gecə klubunda işləməsini istəmirdim. Evə gec gəldiyi üçün mübahisə etdik. Mübahisə zamanı əsəblərimə hakim ola bilmədim və Aişənin boğazından yapışdım. Özümə gələndə isə Aişə ölmüşdü.
Aişə rəfiqələrinə hər zaman ölümüm anamın əlində olacaq deyirdi. Bir həftə sonra da bu hadisə baş verdi. Çox üzücü bir hadisədir” deyib.

7News.Az