RU
Ana
13:10
566

Ana "gecələr məni oyatmağının əvəzi" deyib, körpəsini islatdı, həbs olundu - FOTO

Yatan körpəsinin üzərinə su töküb oyadan qadının videosu sosial şəbəkələrdə etiraz doğurub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Keytlin Alis Hardi (Caitlin Alyse Hardy) adlı qadın övladına qarşı etdiyi qəddarlığa görə saxlanılıb.

Onun tutulmasına səbəb olan görüntülərdə ananın yuxuda olan körpəsinin üzərinə su tökməsi əks olunub.

Videoya görə 9 aylıq körpə üzərinə su tökülən zaman ağlayarkən ana qəhqəhə çəkib.

 

Qadın həmin anın görüntülərini çəkərək sosial şəbəkələrdə yayıb. O, videoya başlıq olaraq: "Gecələr məni oyatmağının əvəzi" cümləsini yazıb.

Görüntülər qısa zamanda xeyli baxış əldə edib, qadın bu əməlinə görə kəskin şəkildə qınanılıb.

ABŞ-ın Florida ştatında yaşayan 33 yaşlı qadın polis tərəfindən saxlanılıb. O, külli miqdarda pul ödəmək şərti ilə sərbəst buraxıla bilər.

7News.Az

Ana

Ana

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ