Türkiyənin Bolu şəhərində 33 yaşlı Songül Can adlı ana və 10 aylıq körpəsinin ölümünün təfərrüatı məlum olub.
7News.Az Sondakika.com-a istinadən xəbər verir ki, qonaq getdikləri evin eyvanından düşərək ölən ana və 10 yalıq körpəsi ilə bağlı araşdırmalar nəticə verib. Məlum olub ki, iki uşaq anası olan Songül Can öncə körpəni, ardınca isə özünü eyvandan atıb.
Qeyd edək ki, hadisə dünən axşam yerli vaxtla 22:00 radələrində qeydə alınıb.









