Stokholm sakini 28 il ərzində oğlunu bağlı qapı arxasında saxlayıb.
Bu barədə İsveçin "Expressen" qəzeti yazır.
Qadın xəstəxanaya düşdükdən sonra onun mənzilinə gö-qulaq olmaq üçün gələn uzaq qohumu evdəki 41 yaşlı kişini aşkarlayıb.
Onun sözlərinə görə, küncə qısılan dişsiz kişi yara içində olub və suallara çətinliklə cavab verib.
Qadın həmin mənzərənin qorxu filmlərini xatırlatdığını bildirib.
Qohum təcili yardım çağırdıqdan sonra həkimlər polisə müraciət ediblər. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 41 yaşlı kişinin sonuncu dəfə yeddinci sinifdə oxuduğu zaman, 12 yaşında küçəyə çıxdığı məlum olub.
Hazırda 70 yaşında olan anası ailələrində "bəzi hadisələr" baş verdikdən sonra oğlunu "qorumaq üçün" təcrid etmək qərarına gəldiyini deyib.








