RU
Ana oğlunu boğaraq öldürdü
10:23
1344

Ana oğlunu boğaraq öldürdü

Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Ana öz övladını boğaraq öldürüb.

7News.Az xəbər verir ki, Gəncə Şəhər Prokurorluğundan Ans-ə verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova aralarında yaranan mübahisə zəminində oğlu-2005-ci il təvəllüdlü Elmir Telman oğlu Hüseynovu həyətyanı sahədə olan su quyusunda boğub. Hadisə barədə məlumat alan hüquq-mühafizə orqanı əməkdaşları övladını öldürən Mətanət Hüseynovanı saxlayaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ