Braziliyanın Apoyo şəhərində yaşayan bir qadın övladının oğurluq üstündə polis nəzarətinə götürüldüyünü eşidəndə bu qənaətə gəlib.
Polis məntəqəsinə gələn qadın, oğlunu dəmir barmaqlıqlar arxasına düşmədiyinə peşman edib.
Qadını ən çox qəzəbləndirən isə yeniyetmə oğlunun oğurladığı əşyalara əslində ehtiyacın olmamasıdır. Heç nədən qanunları pozaraq özünə problem yaradan yeniyetmə bəlkə də polis nəzarətinə götürülməyi gözə almışdı. Amma anasının hücum çəkərək, onu boks döşəyi kimi döyməsini ağlına gətirməmişdi.
Maraqlısı isə odur ki, əsəblərinə hakim ola bilməyən və oğlunu çox bərk döyən qadına polislər də mane olmayıb. Şübhəli qismində yaxalanan övladını döyməkdən yorularaq əl çəkən ananın ürəyi isə yenə dözməyib. Onun bir daha belə bir səhvə yol verməyəcəyini vəd edən qadın, övladının azadlığa buraxılmasını xahiş edib.
Braziliyada oğurluq və zorakılığın gənclər arasında dəb halını alması ölkədə çox təhlükəli vəziyyət yaradıb. Cinayətkar dəstələrin formalaşmasını asanlaşdıran bu yanaşma hökuməti də çətin duruma salıb./atv
7news.az








