RU
Ana qəza törətdi, əriylə qızı öldü - Şamaxıda
17:10
476

Ana qəza törətdi, əriylə qızı öldü - Şamaxıda

Daxili İşlər Nazirliyi oktyabrın 2-də Şamaxıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. 

Ssaat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri "Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Xatırladaq ki, "Qafqazinfo" dünən qəzada ölən və yaralananların kimliyi ilə bağlı məlumat yaymışdı. /qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ