RU
Ana söyüşünə görə dostunu öldürən gənc 12 il 6 ay cəza alıb
10:03
553

Ana söyüşünə görə dostunu öldürən gənc 12 il 6 ay cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Xəyal Şabanovun (1992-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il iyulun 26-na keçən gecə saaat 1 radələrində Binə qəsəbəsinin Südçülük massivindən Lerik rayon sakini Əyyar Ağayev (1991-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər klinik xəstəxanasın gətirilib, lakin həkimlərin müdaxiləsinə baxmayaraq yaralanan gəncin həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumat əsasında araşdırmaya başlayan Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk edən şəxs, qəsəbədə yaşayan Xəyal Şabanovdur. Həmin gecə o, saxlanaraq istintaqa təqdim edilib.

İstintaqın gedişatında Xəyal Şabanov cinayət əməlini etiraf etməklə, bildirib ki Əyyar Ağayevlə dostluq münasibəti olub. Həmin axşam aralarında şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində mübahisə yaranıb, dostu onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir etdiyi üçün Xəyalı görüşə çağırıb və onunla "kişi" kimi danışmaq istəyib. Görüşə gedərkən özü ilə bıçaq götürən Şabanov dava vaxtı Ağayevə iki xəsarət yetirib və hadisə yerindən qaçıb.

Məhkəmə prosesində X.Şabanov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, törətdiyi əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ