RU
Ana tələbə oğlunun öldürülməsini canlı yayımda izlədi, şoka düşdü - FOTO
17:40
1091

Ana tələbə oğlunun öldürülməsini canlı yayımda izlədi, şoka düşdü - FOTO

Meksikada bir ana əmisi ilə birlikdə yandırılan 21 yaşlı oğlunun ölümünü canlı yayımda izləyib.

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Meksikanın Puebla şəhərində qəzəbli kütlə 21 yaşlı hüquq tələbəsini və 43 yaşlı əmisini orqan mafiyasının üzvləri olduğunu sanıblar. İnsanlar 21 yaşlı Rikardo Flores və əmisi Albert Floresin üstünə benzin tökərək, diri-diri yandırıblar.

Meksika polisinin məlumatına görə, bu hadisədən bir neçə gün əvvəl isə şəhərdə 4, 8 və 14 yaşlı üç oğlan uşağının cansız bədəni tapılıb. Uşaqların daxili orqanlarının oğurlandığı təsbit edilib.

Hətta polis də dükana quzu əti almağa gələn Rikardo və Albertdən şübhələnərək onları həbs edir.
Bundan xəbər tutan qəzəbli şəhər sakinləri polis məntəqəsinə hücum edərək onları polisin əlindən alıb linç edirlər. Daha sonra amansızlıqla öldürüblər. 
Hətta bu görüntüləri "Facebook”-da canlı yayımlayıblar.
O anda həmin canlı yayıma qoşulan Rikardonun anası olanları canlı izləyib, şoka düşüb. Canlı bağlantıda "oğlum günahsızdır” "öldürməyin” şərhlərini yazsa da artıq olan olub. Ananın övladını öldürüblər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ