İstanbulda ögey ana 14 yaşlı qızının başına qaynar su tökərək bişirib.
Sonxeber.az Türkiyə mətbuatına istinadən bildirir ki, 14 yaşlı qız atasının sonradan ailə qurduğu qadınla, yəni ögey anası ilə yaşadığı evə semestr imtahanlarından sonra tətil üçün qonaq gəlib. Ögey ana axşam yeməyi bitdikdən sonra ögey qızından çirkli qabları qabyuyan maşına yerləşdirməyini istəyib. Elə bu zaman ögey ana qızın başına qaynar su töküb.
Adı açıqalnmayan gənc qız xəstəxanaya yerləşdirilib, ögey ananı isə hüquq- mühafizə orqanları istintaqa cəlb etdikdən sonra sərbəst buraxıblar.
7News.Az








