Xaçmaz rayonunda yol qəza hadisəsi baş verib. Rayon sakinlərinin verdiyi məlumata görə, hadisə bu gün təxminən saat 11-12 arası Nerecan kəndində qeydə alınıb.
Sürətlə hərəkət edən avtomobil yolu keçən qadın və onun 8 yaşlı övladını vuraraq hadisə yerindən qaçıb.
Ana-bala xəstəxanaya yerləşdirilib. Qəza zamanı ikinci sinif şagirdi baş-beyin travması alıb. Valideynin isə ağır vəziyyətdə olduğu bildirilir.
7news.az








