RU
Ana və iki övladı qəzada yaralandı
15:40
391

Ana və iki övladı qəzada yaralandı

Bakıda ana və iki övladı qəzada yaralanıb.

Hadisə oktyabrın 8-də saat 14 radələrində Salyan şossesində baş verib. Bakı şəhər sakini 1982-ci il təvəllüdlü İntiqam Məmmədovun idarə etdiyi "Ford Transit" markalı 99-JK-175 nömrəli avtomobillə Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Rahib Məmmədovun idarə etdiyi "Ford Fusion" markalı 99-BB-654 nömrəli maşın toqquşub.

Nəticədə R.Məmmədovun sərnişini, Ucar rayon sakinləri, 1970-ci il təvəllüdlü Xədicə Səfər qızı Mehdiyeva alın nahiyyəsindən xəsarət alıb. Onun qızı 1996-cı il təvəllüdlü Mədinə Elbrus qızı Mehdiyevanın çənə sümüyü, oğlu 2004-cü il təvəllüdlü Samir Mehdiyevin sağ bilək sümüyü sınıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ