Tatarıstanın Yalkın kəndində yaşayan 29 yaşlı Rimma Ç. yeni doğulmuş övladını amansızcasına qətlə yetirib.
7News.az Rusiya saytlarına istinadən xəbər verir ki, Rimma oğlunun uşaq yeməyinin içinə aylarca mütəmadi olaraq spirtli içki qatırmış. Nəticədə etil spirtindən zəhərlənən körpə beyin qanamasından vəfat edib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanınan qadın istintaqa bildirib ki, uşağı sakitləşdirmək üçün belə edib.
Yerli məhkəmənin qərarı ilə sözügedən qadın həbs edilib. Hazırda araşdırmalar davam edir.
7News.az







