RU
Anadangəlmə gözləri görməyən uşağın
16:16
772

Anadangəlmə gözləri görməyən uşağın

Anadangəlmə gözləri görməyən uşaq yarasa texnikası ilə ətrafı müşahidə etməyə başlayıb.

Böyük Britaniyada həkimlər 8 yaşlı Ruben Qrexem-Morisin görmə qabiliyyətini qeyri-adi üsulla bərpa etməyə qərar veriblər. Anadangəlmə gözdən əlil olan Ruben, bundan sonra da görə bilməyəcək, ancaq daha sərbəst hərəkət edə biləcək.

Həkimlər azyaşlanın heç bir maneə ilə toqquşmadan gəzə bilməsi üçün onun beyninə yarasalarda olan exo-lokasiya mexanizmi yerləşdirib. Yarasaların gündüz saatlarında görmədiyi, ancaq ultrasəs vasitəsilə qarşılarındakı obyektin dəqiq formasını təsəvvür edə bildiyi çoxlarına məlumdur. Eyni qabiliyyət Rubenə də verilib. 8 yaşlı uşaq ağzı ilə və ya əsasını yerə vuraraq səs salır. Həmin səs dalğası ətrafdakı əşyalara toxunub geri qayıdır. İnsanlardan fərqli olaraq, Ruben həmin dalğaları ultrasəs kimi qəbul edir və onların tezliyi əsasında toxunduğu əşyaların formasını, hündürlüyünü və ölçülərini qavraya bilir. Yəni gözləri görməsə də, ətrafda nələrin olduğunu asanlıqla müəyyənləşdirir.

Anası deyir ki, övladının ətrafı yarasalar kimi müşahidə etməsi onun həyatını nisbətən də olsa asanlaşdıracaq.

Qeyd edək ki, 8 yaşlı uşaq ətrafı dəqiqliklə izləyə bilmək üçün, hələlik bir müddət beynindəki eksolokasiya sistemi ilə məşq etməlidir. Həkimlər Rubenin bu duruma tezliklə vərdiş edəcəyini və heç nəyə toxunmadan rahatlıqla yeriyə biləcəyinə əmindirlər./atv

7news.az

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ