Peruda özəl xəstəxanlardan birindən narazı olan şəxs müəssisədə iki partlayış törədib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Limada yerləşən xəstəxananı 40 yaşlı Lenin Benites və 44 yaşlı bacısı Klaudiya Benites partladıb. Bu zaman 20 nəfər xəsarət alıb. Hadisənin intiqam zəmnində baş verdiyi qeyd edilir. Belə ki, bir müddət əvvəl Lenin rəsmi şikayət məktubu yazaraq həmin xəstəxanada müalicə alan anasının həkimlərin səhlənkarlığı ucbatından öldüyünü deyib.
Lakin ona heç bir cavab verilməyib. Bundan qəzəblənən Beniteslər klinikanı partlatmaq qərarına gəliblər. Onlar çantalarına qoyduqları bombanın birini xəstəxanın laboratoriyasına, digərini isə klinikaya məxsus avtomobil dayanacağına yerləşdiriblər.
7news.Az








