Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Zəngilanda minaya düşüb.
7NEWS.Az-ın məlumatına görə, hadisə rayonun Bartaz qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində ANAMA əməkdaşı 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu xəsarət alıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
7NEWS.Az








