RU
ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - Foto
10:20
199

ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - Foto

Bu gün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Babayev Vaqif Əlizad oğlu Zəngilanın Bartaz qəsəbəsi ərazisində minaya düşüb.

Hadisə günorta saatlarında baş verib.

Minaya düşən 1972-ci il təvəllüdlü ANAMA əməkdaşının vəziyyətinin ağır olduğu bildirilir. O, Bakıya xəstəxanaya çatdırılıb. Məlumata görə, Vaqif Babayev ANAMA-da qrup rəhbəridir.


Hüquq-mühafizə orqanlarından "Qafqazinfo”ya faktı təsdiqləyiblər.

ANAMA-nın qrup rəhbəri Zəngilanda minaya düşdü - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ