Bakıda 15 yaşlı oğlan itkin düşüb.
Hadisə avqustun 23-də Bakı Beynəlxalq Avtovağzalında qeydə alınıb.
Belə ki, anası ilə birlikdə avtovağzalda olan 2008-ci il təvəllüdlü İbayev Hacıağa Nəsimi oğlu anidən qadının yanından ayrılaraq çıxıb gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.








