Adanada 13 yaşlı qız anası tərəfindən yataq otağının pəncərəsinin dəmirinə ayaqlarından zəncirlənib.
Adananın Yüreğir səmtində fərdi yaşayış evinin 2-ci mərtəbəsində yaşayan Suriya əsilli Semire M.-nın 8 uşağın ən kiçiyi olan 13 yaşlı V.C. evdən qaçaraq şəhərdəki işıqforda dilənməyə başlayıb.
Ailəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq V.C. mart ayında evdən qaçaraq dostunun evində qalıb. Daha sonra Üsamə C. bacısı qaldığı evə gedərək onu geri gətirib.
Bundan sonra anası balaca qızı ayaqlarından zəncirlə yataq otağının pəncərə barmaqlıqlarına bağlayıb.
Bir aya yaxın ayağı zəncirlə bağlı qalan V.C. sonda qışqıraraq kömək istəyib. Qızın səsini eşidən qonşulardan biri polisə xəbər verib.
Həmin ünvana gələn polis əməkdaşları evə girərək qızın ayağındakı zənciri çıxararaq xilas ediblər.
Polis tərəfindən şöbəyə gətirilən qızın anası Semire M. ifadəsində "Qızım məndən xəbərsiz olaraq işıqforda dilənirdi. Daim evdən qaçırdı, harada qaldığını bilmirdim. Sözümü dinləmirdi. Ona görədə bir ay əvvəl evdən qaçmasın deyə ayağını zəncirlə bağladını" bildirib./olke

7NEWS.Az








