RU
16:04
487

"Anası xəstə idi, gözləri görmürdü..." - Füzulidə 15 yaşlı oğlanın qətlinin təfərrüatı

Füzuli rayonunda fermada 15 yaşlı oğlanın qətlinin təfərrüatı məlum olub.

7News.Az xəbər verir ki, rayonun böyük Bəhmənli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 15 yaşlı Tumas Musayevi öldürən Əli Məmmədov ruhi xəstədir:

"Əli Məmmədovun anası xəstə idi. Gözləri görmürdü. Ailədə 6 uşaqdır, iki qardaş, 4 bacı. Anası rəhmətə gedəndən sonra uşaqlar başsız qaldı. Ata da gedib başqa bir qadınla evləndi. Ondan sonra uşaqlar pərən-pərən düşdü. Əli qəsəbədə yaşayırdı, bəzən aylarla görünmürdü. Kimin nə ağlına gələrdi ki, bu adam öldürər. Tuması öldürəndən sonra qaçıb gizlənib. Onun bu hərəkəti hamını şoka salıb. Hamı onu ruhi xəstə kimi tanıyırıq”.

***

Füzuli rayonunda qətl hadisəsi baş verib.

7News.Az report-a istinadən xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ